Naxçıvan Muxtar Respublikasında ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən cinayətkar dəstənin üzvləri saxlanılıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun müxbirinə Naxçıvan Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 min saxta ABŞ dolları götürülüb”, - deyə məlumatda bildirilir.
Hazırda cinayətkar dəstənin digər üzvlərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.*
Q.Hüseynova