Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tabeliyində Naxçıvan İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi Data Mərkəzində texniki infrastrukturun yaradılması və avadanlıqların satın alınmasına 2,9 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Koçsistem Azərbaycan” şirkəti ilə 2 milyon 884,441 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə 1 may 2024-cü il tarixinə qədər yerinə yetirilməlidir.*
B.Rüstəmbəyov