Moskva Ukrayna problemi ilə bağlı danışıqlar aparmağa hazırdır, ancaq bunu Rusiyanın maraqları əsasında edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Həm Ukrayna, həm Avropa, həm də ABŞ-da Rusiyaya qarşı aqressiv əhval-ruhiyyədə olanlar danışıqlar aparmaq istəyirlər, ancaq biz bunu yalnız öz maraqlarımıza əsaslanaraq edəcəyik”, – deyə o, bu gün RF Müdafiə Nazirliyinin geniş kollegiya iclasında çıxışı zamanı bildirib.*