Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 19-da keçirilən iclasında Prezident İlham Əliyevin 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.
İlham Əliyev MSK tərəfindən namizədliyi qeydə alınmış ilk namizəddir.
Qeyd edək ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Prezident İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin namizədliyi irəli sürülüb.*
Xəbərlər şöbəsi