Azərbaycanla sülh müqaviləsinin mətni ilə bağlı danışıqlar davam edir, yeni təmaslar ola bilər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycanla sülh müqaviləsinin mətni ətrafında danışıqlar davam edir. İşçi səviyyədə təmaslar (Azərbaycanla - İF) var, yeni təmaslar da ola bilər”, - deyə o, Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
Paşinyanın sözlərinə görə, Azərbaycanla danışıqlar prosesi qismən onlayn rejimdə də davam edir.
“Təkliflərimizə (sülh müqaviləsi layihəsi ilə bağlı – İF) cavab gözləyirik”, - deyə o qeyd edib.*