“Azpetrol Ltd” şirkəti Xankəndi şəhərində modul tipli yanacaqdoldurma məntəqəsini istismara verib.
“Azpetrol” şirkəti Xankəndi şəhərində 19 dekabr tarixində sayca 102-ci modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verdi”, - şirkətin məlumatında deyilir.
Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək
“Azpetrol Ltd” şirkəti 1997-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhərinin Nəsimi rayonunda açılıb. **
N.Abbasova