Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana neft məhsullarının ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,5% - 15,6 min tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Statistik məlumatlara görə, ixracın dəyəri 59,8% artaraq 44,9 milyon avroya çatıb.
Hesabat dövründə Azərbaycana neft məhsulları ixrac Aİ ölkələrinin beşliyinə daxil olub: Almaniya 25,7 milyon avro dəyərində (artım 91,1%) 6,3 min ton (artım 57,4%), Belçika 8,4 milyon avro dəyərində (artım 41,4%) 3,6 min ton (artım 30,1%), Yunanıstan 1,2 milyon avro dəyərində (artım 23,8%) 1,5 min ton (artım 68%), Macarıstan 1 milyon avro (artım36%) dəyərində 1,1 min ton (artım 60%) və Polşa 1,8 milyon avro (artım 55,4%) 0,7 min ton (artım 41,4%).
Avstriya, Bolqarıstan, Çexiya, Danimarka, İspaniya, Finlandiya, Fransa, Xorvatiya, İtaliya, Litva, Latviya, Niderland, Slovakiya və İsveçdən Azərbaycana az həcmdə neft məhsulları tədarük olunub.
2023-cü ilin oktaybr ayında Aİ ölkələri Azərbaycana 4,8 milyon avro (artım 32,1%) dəyərində 1,3 min ton (artım12,2%) neft məhsulları ixrac edib. Bunun böyük hissəsi Almaniyanın payına düşüb (3,6 milyon avro (artım 2,1 dəfə) dəyərində 0,9 min ton (artım 93%)).
Avrostatın yenidən nəzərdən keçirilmiş məlumatlarına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycana 35,8 milyon avro dəyərində (azalma 1,6 dəfə) 14 min ton neft məhsulları (2021-ci illə müqayisədə azalma 5,3 dəfə) ixrac edib.**
R.Kərimov