Dekabrın 21-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)baş karibi İmanqali Tasmaqambetov Ermənistanın xarici işlər naziri ilə görüş məqsədilə bu ölkəyə səfər etməyi planlaşdırır. Bu barədə KTMT çərşənbə günü məlumat verib.
“21 dekabr 2023-cü il tarixində KTMT-nin baş katibinin İrəvana səfəri planlaşdırılır. Səfər çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanla görüş keçiriləcək”, - məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, görüş zamanı “2023-cü ilin noyabrında Minskdə keçirilən KTMT Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibləri Komitəsi və KTMT Kollektiv Təhlükəsizlik Şurasının birgə iclasının yekunlarının müzakirəsi” ehtimal olunur. **