Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının silah qücü ilə Ermənistan ərazisindən Naxçıvana «quru dəhlizi açmağı» planlaşdırması ilə bağlı qorxuları rədd edib.
«Biz (Ermənistan tərəfindən – İF) yalançı çaxnaşma və isteriya, habelə bəzi tərəfdaşların Azərbaycanın bəzi digər niyyətləri haqqında danışdığını görürük», - “Newsweek” jurnalı Hacıyevin sözlərindən sitat gətirir.
O əlavə edib: "Azərbaycanın artıq heç bir hərbi hədəfi yoxdur. Bizim üçün müharibə və qarşıdurma sona çatıb. Biz layiq olduğumuzu əldə etdik".
Bakı və İrəvan arasında danışıqlardan danışan Hacıyev qeyd edib ki, hələ də "müzakirə edilməli olan məsələlər" qalır, eyni zamanda "biz sülhə daha yaxınıq... Artıq ciddi problemli məsələlər görmürük". **
R.Kərimov