Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüblər.
“Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb”, - Müdafiə Nazirliyi məlumat verir.
Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb.
Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib. **
B.Rüstəmbəyov