Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Respublika üzrə bir sıra məktəbəqədər təhsil müəssisələrinin təmiri, kommunal-kommunikasiya və abadlıq işlərinə "Koneks Construction" MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, şirkətlə 12 milyon 311,427 min manat dəyərində müvafiq müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə görə, işlərin müddəti – 2 aydır. **
X.Nəsirzadə