Prezident İlham Əliyev Şuşa şəhərində aparılan tikinti işləri ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Əliyev Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, “Aşağı Gövhər Ağa” məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olub.*
R.Kərimov