Dekabrın 21-də Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində 3 sənəd imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında 2024-cü il üçün Fəaliyyət Planı imzalanıb.
Fəaliyyət Planında Azərbaycanla Türkiyə arasında ticarət və investisiya həcminin artırılması, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiya imkanlarının və davamlı inkişafın dəstəklənməsi üçün birgə layihələrin təşviq edilməsi nəzərdə tutulub.
“DO-DEM” MMC ilə “Multipak Ambalaj” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı üzrə fabrik tikiləcək.
Bundan başqa, “Diplomat LTD” şirkəti ilə “Doğru Holding” arasında Azərbaycanda yeni hotelin tikintisi haqqında müqavilə imzalanıb.*
N.Abbasova