Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının oyununa baxmaq üçün Xankəndi stadionuna gəliblər.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, dövlət başçısının stadiona gəlişi azarkeşlərin gurultulu alqışları ilə qarşılanıb.
Oyunun açılışında çıxış edən İ.Əliyev bunun Xankəndinin işğaldan azad edilməsindən sonra keçirilən ilk futbol matçı olması münasibətilə hamını təbrik edib.*
X.Nəsirzadə