İqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 21-də Bakıda Türkiyənin ticarət naziri Ömər Bolatla görüşüb.
“Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının dinamik inkişafını, ikitərəfli ticarət dövriyyəsinin son iki ildə 50%-dən çox artdığını, uğurlu investisiya tərəfdaşlığımızı məmnunluqla vurğuladıq”, - deyə nazir “Facebook”da yazıb.
O vurğulayıb ki, Bakı və Ankara iqtisadi əməkdaşlıq portfelini genişləndirmək və yeni hədəflərə çatmaq üçün mövcud potensialı reallaşdırmağa davam edəcək.*
R.Əhmədov