Azərbaycanın «Asera Group» şirkəti Tatarıstanın Kukmor rayonunda (RF) ümumi dəyəri $155 milyon olan kənd təsərrüfatı sahəsində layihələr həyata keçirməyi planlaşdırır. Bu barədə «Asera Group» şirkətinin təsisçisi Əli Elvin məlumat verib.
"Elvin İnvestorlar Klubunun iclasında bildirib ki, respublika ərazisində iki layihənin həyata keçirilməsi planlaşdırılır: istixana kompleksləri və ət kombinatı. Meydança olaraq Kukmor rayonu seçilib. Layihələrin hər birinin I mərhələsinə qoyulan investisiyalar müvafiq olaraq $75 milyon və $80 milyon olacaq", - Rusiya mətbuatı xəbər verir.
"Biz Tatarıstanda biznesin inkişafı üçün bir çox müsbət məqamlar görürük. Tatarıstan bizə yaxın respublikadır, biz burada inkişaf etmək və layihələri həyata keçirmək istəyirik", - Elvin qeyd edib.
Onun sözlərinə görə, ət kombinatının tikintisi layihəsi çərçivəsində ətin dərin emalı üzrə innovativ müəssisənin yaradılması nəzərdə tutulur. Eyni zamanda, istehsalın tamamilə qalıqsız olması planlaşdırılır.
«İri buynuzlu mal-qaranın tamamilə bütün hissələrindən istifadə ediləcək, innovativ məhsul emal və əldə ediləcək», - Elvin əlavə edib ki, həmçinin «halal» standartlarına uyğun məhsulların istehsalı planlaşdırılır.
Elvinin sözlərinə görə, şirkət ümumilikdə Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə yüzdən çox layihə həyata keçirib. **
N.Abbasova