Özbəkistan prezidenti Şavkat Mirziyoyev doğum günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikin mətni Azərbaycan prezidentinin saytında dərc olunub.
Mirziyoyev əmindir ki, birgə səylərlə Bakı və Daşkənd arasında çoxşaxəli və uzunmüddətli strateji tərəfdaşlıq gələcəkdə də səmərəli şəkildə inkişaf edəcək.
“Hörmətli İlham Heydər oğlu, Sizi - əziz qardaşımı həyatınızın bu sevincli günü münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, son dərəcə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram”, - Mirziyoyev vurğulayıb.**
X.Nəsirzadə