Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov doğum günü münasibətilə Azərbaycan prezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayaraq Aşqabad və Bakı arasında gələcəkdə əməkdaşlığın inkişafına əminlik ifadə edib.
“Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir”, - cümə günü Azərbaycan liderinin saytında dərc olunmuş təbrik məktubunda deyilir.
O cümlədən, Türkmən xalqının Milli Lideri, TürkmənistanParlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda “Türkmənistan ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və inkişafına verdiyiniz böyük töhfəyə, göstərdiyiniz xüsusi diqqətə görə” Əliyevə təşəkkürünü bildirib.
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 62 yaşı tamam olacaq. **
R.Kərimov