Gürcüstanın baş naziri İrakli Qaribaşvili doğum günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb, Tbilisi və Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə əminlik ifadə edib.
“... bir daha vurğulamaq istəyirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə bir çox ikitərəfli və çoxtərəfli təşəbbüslərlə zənginləşərək daha da möhkəmlənəcəkdir”, - cümə günü Azərbaycan prezidentinin saytında dərc olunmuş təbrik məktubunda deyilir.
Qariaşvili təbrikdə qeyd edib ki, “Gürcüstan ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsində Sizin (Əliyevin - İF) şəxsi səyləriniz və iştirakınız çox yüksək qiymətləndirilir”.
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 62 yaşı tamam olacaq. **
R.Kərimov