Ermənistan parlamentinin spikeri Alen Simonyan hesab edir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsi illərlə davam edə bilər və bu səbəbdən iki ölkə arasında sülh müqaviləsi imzalanandan sonra bu qərara qayıtmaq olar.
"Düşünürəm ki, biz bu iş üslubunu qəbul edə bilərik, çünki bu (sərhədin delimitasiyası - İF) daha çox vaxt, hətta illər çəkə bilər. Həqiqətən, sülhə gedən ölkə bu cür şeylərdə heç bir maneə görməyəcək. Bəzi məsələlər qeydə alındıqdan sonra, sülh müqaviləsi imzalanandan sonra, cəmiyyətlərin sülh və sülh atmosferinə gətirilməsindən sonra belə bir şey baş verə bilər, amma bu mənim fikrimdir", - Simonyan cümə günü jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, sülh müqaviləsinin imzalanması və sərhədin delimitasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif yollarıdır. **
İnformasiya şöbəsi