Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) Azərbaycanda jurnalistlərinvə siyasi fəalların saxlanması ilə bağlı ittihamlarını rədd edir və Brüsselin bu hərəkətlərini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.
“Aİ-nin Azərbaycanda "jurnalistlər"invə "siyasi fəallar"ın saxlanması ilə bağlı əsassız ittihamlarını qətiyyətlə rədd edirik”, - XİN-in spikeri Ayxan Hacızadə cümə günü bəyan eib.
O qeyd edib ki, Bakı “bu cür əsassız və qərəzli bəyanatlarıAzərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndirir”.
“İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinəziddir”, - XİN-in nümayəndəsi bildirib.
Onun sözlərinə görə, «Aİ-nin Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması ikili standartların bariz nümunəsidir”.
XİN-in spikeri Azərbaycana “qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfi Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılmasına diqqət yetirməsini tövsiyə edir”.
Onun sözlərinə görə, Aİ tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında 12 nəfər üzvün öldürülməsi,İslamofobia və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırılmayıb və adekvat münasibət bildirməyib”.
“Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur”, - Hacızadə bəyan edib. **
R.Kərimov