Azərbaycan 2023-cü ilin yanvar-oktyabr aylarının yekunlarına əsasən, Avropa İttifaqına ən böyük neft ixracatçılarının onluğunda qərarlaşıb, Aİ-yə daxil olmayan ölkələr arasında enerji daşıyıcılarının doqquzuncu ən böyük tədarükçüsü olub.
“İnterfaks-Azərbaycan” agentliyinin Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına əsaslanan hesablamalarına əsasən, 10 ayın yekunları üzrə TO-10-da Aİ-yə daxil olmayan aşağıdakı ölkələr yer alıb: ABŞ – 34,1 milyard avro (artım 6,4%) dəyərində 54,4 milyon ton (ildən ilə artım 31,8%), Norveç - 30,2 milyard avro (аrtım 9,6%) dəyərində 45,7 milyon ton (аrtım 24,2%), Qazaxıstan - 21,4 milyard avro (аrtım 7,9%) dəyərində 37 milyon ton (аrtım 36,2%), Səudiyyə Ərəbistanı - 17,8 milyard avro (аzalmа 11,9%) dəyərində 31,1 milyon ton (аrtım 10,9%).
Bundan başqa, İraq Aİ-yə 15,2 milyard avro (аzalma 22,1%) dəyərində 29,3 milyon ton (azalma 1,9%), Liviya - 17,1 ilyard avro (аzalmа 3,3%) dəyərində 28,8 milyon ton (аrtım 20,6%), Nigeriya - 14,6 milyard avro (azalmа 15,5%) dəyərində 24 milyon ton (аrtım 7%), Böyük Britaniya - 12,6 milyard avro (azalmа 19,8%) dəyərində 20,6 milyon ton (azalmа 3,3%), Azərbaycan - 10,6 milyard avro (azalma 14,7%) dəyərində 17,4 milyon ton (artım 9%) və Rusiya - 7,1 milyard avro (аzalma 7 dəfə) 17 milyon ton (azаlma 5 dəfə) neft ixrac edib.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15,1 milyard avro (artım 66,7%) dəyərində 19,8 milyon ton (2021-ci ilin göstəricisindən 1% az) neft idxal edib. **
R.Kərimov