Cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla ikitərəfli beynəlxalq gündəmdəki məsələləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
«Tərəflər Azərbaycan və Ermənistan arasında normallaşmanın təşviqində region ölkələrinin xüsusi rolunu nəzərə alaraq Cənubi Qafqazda mövcud vəziyyətə diqqət yetirərək ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar», - Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirilir.
Əlavə olunub ki, tərəflər «Rusiya-Türkiyə əməkdaşlığının ayrı-ayrı aspektlərinə, o cümlədən yüksək və ali səviyyələrdə qarşıdakı təmasların cədvəlinə» toxunublar. **