Rusiya prezidenti Vladimir Putin doğum günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə tərik məktubu ünvanlayıb.
“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir”, - təbrikdə qeyd olunur.
“Konstruktiv dialoqun və sıx birgə əməkdaşlığın davam etdirilməsinə şad olardım.
Sizə möhkəm cansağlığı, səadət və rifah arzulayıram. Fürsətdən istifadə edərək, ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”, - təbrik məktubunda deyilir. **
B.Rüstəmbəyov