CBC telekanalının çəkiliş qrupu yenidən Ermənistanda olub, burada tarixi abidələrin, İrəvanda azərbaycanlıların keçmişdə məskunlaşmasını sübut edən digər yerlərin taleyi ilə bağlı jurnalist araşdırması aparıb.
CBC-nin çəkiliş qrupunun ekspedisiyasının məqsədi İrəvanda azərbaycanlıların memarlıq və mədəni irsi ilə nə baş verdiyini aydınlaşdırmaqdır.
Çəkiliş zamanı Ermənistan hakimiyyətinin İrəvandakı azərbaycanlıların mədəni irsini məhv etmək cəhdləri üzə çıxıb.
Rəyi soruşulan sakinlər əmindirlər ki, İrəvanda heç vaxt Köhnə şəhər olmayıb və İrəvan Sovet İttifaqının dövründə inşa edilib.
Telekanalın çəkiliş qrupu Sovet İttifaqının mövcud olduğu dövrdə sökülən 17-ci əsrə aid Zalxana məscidinin əvvəllər yerləşdiyi ərazidə olub.
Bundan başqa, əvvəl azərbaycanlıların yaşadığı Firdovsi küçəsində çəkilişlər aparılıb. Hazırda orada köhnə evlərin irimiqyaslı söküntüsü davam edir.
O cümlədən, çəkiliş qrupu tərəfindən Cəfər Cabbarlı adına Azərbaycan Dram Teatrının yerləşdiyi binanın taleyinə aydınlıq gətirilib.
CBC-nin jurnalistləri İrəvan qəbiristanlıqlarında azərbaycanlı məzarlarının qəsdən dağıdılması və hakimiyyətin əslində türklərə məxsus olan memarlıq obyektlərinə və artefaktlara erməni mənşəli abidələrə aid edilməsi faktlarını üzə çıxarıblar. Xüsusilə, söhbət İrəvanın mərkəzi meydanında aşkarlanmış və betonlanmış yeraltı şəhərlə bağlı qalmaqaldan gedir.
Həmçinin, Sisyan şəhərində ərəbcə yazılara baxmayaraq, Azərbaycanın mədəni-tarixi irsinin erməni mədəniyyəti abidələri kimi təqdim olunduğu muzey çəkilib.
O cümlədən, yeni sənədli filmdə CBC-nin çəkiliş qrupunun ekspedisiyası zamanı İrəvanın əsl sakinləri – azərbaycanlılar haqqında hansı sübutların tapılması barədə söhbət gedəcək. **
İnformasiya şöbəsi