2023-cü ilin yanvar-noyabr aylarında Çindən Azərbaycana sərnişin daşımaları üçün nəzərdə tutulmuş təqribən 7 min ədəd minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi tədarük edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına istinadən xəbər verir.
Hesabat dövründə tədarükün dəyəri $141 milyon təşkil edib.
ÇXR Baş Gömrük İdarəsi ötən ilin müvafiq dövrü üzrə məlumatı açıqlamayıb.
Noyabrda Çindən Azərbaycana sərnişin daşımaları üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı sentyabr ayına nisbətən miqdar ifadəsində 36,4% - təxminən 950 ədədə qədər artlıb, dəyər ifadəsində isə aydan aya 44,3% - $22,8 milyona qədər artıb.**
R.Kərimov