Misir prezidenti Əbdülfəttah Əs-Sisi və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Prezidentlər ikitərəfli münasibətlərin möhkəmlənməsi və Qəzza zolağında vəziyyəti müzakirə ediblər. Bu barədə İranın “Mehr” agentliyi xəbər verir.
Məlumata görə, iki dövlət başçıları «iki ölkə arasında həll olunmamış məsələlərin həlli üçün ciddi addımlar atmaq» barədə razılığa gəliblər.
Tərəflər həmçinin Qəzza zolağında vəziyyətin inkişafını müzakirə ediiblər, «İslam ölkələri üçün birliyin qorunmasının vacibliyini» qeyd ediblər. **