ABŞ prezidenti Co Bayden jurnalistlərə məlumat verib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Qəzzada atəşkəs məsələsini müzakirə etməyib.
«Mən ondan atəşkəs istəmirdim», - Bayden jurnalistin sualına cavabında bildirib.
Prezident qeyd edib ki, söhbət «uzun» olub, lakin söhbətin «özəl» xarakter daşıdığını əsas gətirərək onun məzmununu şərh etməkdən imtina edib.
Ağ Evin yaydığı söhbətlə bağlı məlumatda deyilir ki, tərəflər «İsrailin Qəzzadakı hərbi kampaniyasını, o cümlədən məqsədlərini və mərhələlərini müzakirə ediblər».
Bununla yanaşı, Bayden «humanitar yardım əməliyyatını dəstəkləyənlər də daxil olmaqla mülki əhalinin qorunmasının kəskin zəruriliyini və mülki şəxslərə davam edən hərbi əməliyyatlar rayonlarını təhlükəsiz tərk etmək imkanının vacibliyini vurğulayıb».
Hıəmçinin, liderlər Qəzzada qalan bütün girovların azad edilməsinin vacibliyinə diqqət çəkiblər. **