Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan liderinin mətbuat xidmətindən məlumat verilir.
"Mirziyoyev Əliyevi ad günü münasibətilə təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib", - məlumatda qeyd olunur.
Prezidentlər Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, yüksək səviyyədə keçirilən mütəmadi görüşlərin və təmasların əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini qeyd ediblər.
"Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, gələn il yeni təmaslar barədə danışılıb", məlumatda deyilir.
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 62 yaşı tamam olub. **
X.Nəsirzadə