Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan doğum günü münasibətilə Azərbaycan prezidentiİlham Əliyevi tərik edib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Ərdoğan təbrik məktubunda Əliyevə cansağlığı və uzun ömür arzulayb. O vurğulayıb ki, Azərbaycanın nailiyyətləri və beynəlxalq miqyasda artan nüfuzu Türkiyə üçün iftixarverici hadisədir.
“Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək”, - Ərdoğan vurğulayıb. **
X.Nəsirzadə