İsrailin baş naziri Benyamin Netanyahu hərbi qulluqçuların sıralarında itkilərə baxmayaraq Qəzza zolağında hərbi əməliyyatı bütün vəzifələri yerinə yetirənə qədər dayandırmayacağına söz verib.
"Biz əsgərlərimizin həyatını qorumaq üçün əlimizdən gələni edirik. Ancaq bununla yanaşı: biz qələbəyə qədər əməliyyatı dayandırmayacağıq", - "Haaretz" nəşri onun sözlərindən sitat gətirir.
«Girovlarımızı azad etməyin yeganə yolu HƏMAS-ı məğlub etmək və Qəzzanın bir daha İsrail üçün təhlükə olmayacağına əmin olmaqdır», - Netanyahu əlavə edib. **