Serbiya prezidenti Aleksandr Vuçiç Belqradın mərkəzində müxalifətin etiraz aksiyasının hakimiyyət üçün təhlükə yaratmadığına əmin edib.
«Serbiya vətəndaşlarına demək istəyirəm, narahat olmayın (...), çünki heç bir inqilab baş vermir», - Balkan mətbuatı onun sözlərindən sitat gətirir.
Daha əvvəl Belqradda minlərlə müxalifət tərəfdarı növbəti etiraz aksiyasına toplaşaraq son parlament seçkilərinin nəticələrinin ləğv edilməsini və yeni səsvermənin keçirilməsini tələb edib. Bəzi nümayişçilər hökumət binalarından birinə daxil olmağa çalışıblar.
Vuçiçin sözlərinə görə, aksiyada təxminən 2,5 min nəfər iştirak edir. **