Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 25-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 25-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8714 manat/1EUR səviyyəsində (dekabrın 22-nə 1.8697 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 25-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0185 manat/1RUB səviyyəsində saxlayıb.
AMB dekabrın 25-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0581 manat/1TRY səviyyəsində (dekabrın 22-nə 0.0583 manat/1TRY) müəyyən edib.*
B.Rüstəmbəyov