Prezident İlham Əliyev “2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş sərəncama əsasən, 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılır.
Maliyyə Nazirliyinə nəzərdə tutulan maliyyələşməni təmin etmək, Təşkilat Komitəsinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyev 2019-cu il iyulun 26-da intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” sərəncam imzalayıb.*
B.Rüstəmbəyov