Roma Papası Fransisk “Şəhərə və Dünyaya” (Urbi et Orbi) müraciətində bütün dünyada sülh üçün səy göstərməyə çağırıb. Bu barədə “Vatican News” məlumat yayıb.
Pontifik Müqəddəs Pyotr meydanında dindarlara müraciət edərək sülhə “hə”, müharibələrə və silahlara isə “yox” deməyə çağırıb. Onun fikrincə, silah istehsalı və satışı artdıqda sülhə nail olmaq daha da çətinləşir.
Fransisk Ermənistan və Azərbaycanın xüsusilə humanitar proqramların həyata keçirilməsi yolu ilə sabit sülhə yaxınlaşması üçün dua etdiyini bildirib.*