2023-cü ilin yanvar-noyabr aylarında İsveçrədən Azərbaycana saatların və onların hissələrinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 37,3% artaraq 11,3 milyon frank (11,6 milyon avro) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İsveçrə Gömrük İdarəsinin materiallarına istinadən xəbər verir.
İsveçrəli saatsazlar noyabrda Azərbaycana 1,3 milyon frank (1,3 milyon avro) dəyərində məhsul (artım 18,8%) ixrac ediblər.
2021-ci illə müqayisədə 2022-ci ildə İsveçrədən Azərbaycana saatların və onların hissələrinin ixracı dəyər ifadəsində 11,6% - 9,8 milyon franka qədər (9,7 milyon avro) artıb.*
R.Kərimov