İsrail Müdafiə Ordusunun Qəzza zolağında əməliyyatı başa çatdırması üçün hələ çox vaxt lazım olacaq. “The Times of Israel” nəşri xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Biz dayanmırıq, mübarizəmizi davam etdiririk. Bu, uzun döyüş olacaq və hələ bitməyə yaxın deyil”, - deyə B.Netanyahu “Likud” fraksiyasının üzvləri ilə görüşdə bildirib.
Bazar ertəsi İsrail Müdafiə Ordusu Qəzzanın cənubunda yerləşən Xan Yunis şəhəri ərazisindəki bütün əsas yolları nəzarətə götürdüyünü bildirib. Hərbçilər HƏMAS-ın həmin ərazidəki silah fabrikində və qruplaşmanın yeraltı tunellər tikmək üçün istifadə etdiyi sement zavodunda reyd keçiriblər. Daha sonra hərbi mühəndislər hər iki müəssisəni partladıblar.
Ötən cümə günündən bu günədək anklavın əsasən mərkəzi və cənub hissələrində İsrailin 17 hərbçisi həlak olub.*