Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Qazaxıstan-İran marşrutu üzrə fiber-optik rabitə xəttinin çəkilməsini təklif edib.
“Hind okeanının sahili boyu keçən mövcud beynəlxalq xətlərə qoşulmaq üçün Rusiya-Qazaxıstan-İran marşrutu üzərindən fiber-optik rabitə xəttinin çəkilməsi imkanlarını nəzərdən keçirməyi təklif edirəm”, – deyə Tokayev Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxışı zamanı bildirib.
“Bu, Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaratmağa imkan verməklə yanaşı, qlobal səviyyədə data logistikasında Aİİ-nin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək”, - deyə o hesab edir.*