Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi Sabirabad DOST Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin satın alınması üzrə podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı – 2,5 min manatdır.
Əlaqə telefonu: 012-525-50-26, əlaqələndirici şəxs – Südabə Qocayeva.
Tenderdə zəruri texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.
Şirkətlərdən tender təklifləri 13 fevral 2024-cü il saat 11:00-dək qəbul olunur.
Tender proseduru 14 fevral saat 11:00-da baş tutacaq. **
B.Rüstəmbəyov