Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsiZəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi işlərinə 11,6 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən məlumat verir ki, İdarə “HN Construction” QSC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 11 milyon 609,543 min manatdır.
Tikinti işlərinin icra müddəti – 30 dekabr 2025-ci ilə qədərdir. **
N.Abbasova