Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) 2027-ci ilədək Qarabağ və Şərqi Zəngəzurda bir sıra sosial obyektlərin tikintisini planlaşdırır.
“İnterfaks-Azərbaycan”a nazirlikdən məlumat verilib ki, xüsusilə, Cəbrayıl rayonunda Regional DOST Mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin tikintisi planlaşdırılır.
Bundan başqa, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada DOST filiallarının açılması nəzərdə tutulub.
Həmçinin, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin yaradılması planlaşdırılır.
Hazırda Bakı və Azərbaycanın regionlarında 7 DOST Mərkəzi fəaliyyət göstərir.
Nazirlikdən vurğulanıb ki, ƏƏSMN regonlarda reabilitasiya infrastrukturunun müasirləşdirilməsini davam etdirir. Son 5 il ərzində nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi açılıb.«Yaxın vaxtlarda Şəmkir rayonunda da nazirliyin Uşaq Reabilitasiya Mərkəzi açılacaq, habelə Quba, Ağcabədi, Kəlbəcər, Şamaxı rayonlarında da yeni reabilitasiya mərkəzlərinin açılması nəzərdə tutulub”, - ƏƏSMN-dən əlavə olunub. **
R.Əhmədov