2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların biznes kreditləri portfeli 14,4% - 12 milyard 421,2 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Noyabrda bankların biznes kredit portfeli 174,8 milyon manat artıb (oktyabrda artım 167,7 milyon manat olub).
Noyabrın 30-na dövlət fondları hesabına maliyyələşdirilən biznes kreditləri portfeli 941,5 milyon manat məbləğində (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 10,5% - İF) qiymətləndirilir.
Biznes kreditlərinin strukturunda 5 milyard 890,9 milyon manat iri biznesin, 2 milyard 288,8 milyon manat orta biznesin, 1 milyard 618.7 milyon manat kiçik biznesin, 2 milyard 622,8 milyon manat isə mikro biznesin payına düşür.
AMB-nin məlumatına görə, oktyabrın sonuna biznes kreditlərinin strukturunda qeyri-işlək kreditlərin həcmi 421,3 milyon manat məbləğində (portfelin 3,4%-i) qiymətləndirilir. 2022-ci ilin sonuna bu göstərici 507,3 milyon manat (4,7%) təşkil edib.**
R.Əhmədov