Son 3 il ərzində BMT Təhlükəsizlik Şurasında 7 dəfə Azərbaycan əleyhinə sənədləri qəbul etməyə cəhd göstərilib. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
«2020-ci ilin oktyabrından bu günə qədər BMT Təhlükəsizlik Şurasında yeddi dəfə müxtəlif (Azərbaycan əleyhinə - İF) qərarların qəbul edilməsi, sənədlərin qəbul edilməsinə təşəbbüs göstərilib», - Bayramov AzTV dövlət telekanalına müsahibəsində bildirib.
O əlavə edib ki, 2023-cü ildə üç dəfə bu cür cəhdlər həyata keçirilib.
Nazir qeyd edib ki, belə cəhdlərdən biri 2020-ci ilin oktyabrında həyata keçirilib. O, Azərbaycan üçün bu cəhdin qarşısının alınmasının son dərəcə vacib olduğunu vurğulayıb, çünki bu, «hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin əlimizdə olduğu halda torpaqları işğaldan azad etdiyimiz (söhbət 2020-ci il Ikinci Qarabağ müharibəsindən gedir)» zaman baş verirdi.
Onun sözlərinə görə, bunun fonunda o zaman Azərbaycanın mövqeyini zəiflətməyə cəhd göstərilib, lakin bu, «BMT Təhlükəsizlik Şurası tərəfindən Bakının ədalətli mövqeyi dəstəkləndiyi» zaman mümkün olmayıb.
Bayramov həmçinin Azərbaycana qarşı ikili standartların tətbiq olunduğunu bildirib. **
R.Kərimov