2024-cü ildə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs nizamnamə kapitalının artırılmasına dövlət büdcəsindən 75 milyon manat alacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2023-cü ilin əvvəlinə cəmiyyətin nizamnamə kapitalı 272 milyon 605,88 min manat təşkil edib. “Azərkosmos”un nizamnamə kapitalının artırılmasına 2023-cü il dövlət büdcəsindən 103 milyon manat ayırmaq nəzərdə tutulur.
"Azerkosmos” borc öhdəliklərinin tənzimlənməsi məqsədilə 024-cü ildə nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 75 milyon manat alacaq", - hökumətdən vurğulanıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir. **
R.Əhmədov