Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı 2024-cü il üçün yaşayış minimumunu 270 manat səviyyəsində (2023-cü ilin göstəricisi ilə müqayisədə artım 9,75%) təsdiq edib.
Həmçinin, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat (2023-cü ildə 261 manat), pensiyaçılar üçün 222 manat (2023-cü ildə 199 manat), uşaqlar üçün 235 manat (2023-cü ildə 220 manat) məbləğində müəyyən edilib.
Bundan başqa, prezident ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddini 270 manat (2023-cü ildə 246 manat, artım 9,75%) məbləğində təsdiq edib.**
N.Abbasova