2024-cü ildə Azərbaycan dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 421 milyon manat (cari məzənnə ilə $3,777 milyard) təşkil edəcək.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı “Azərbaycan Respublikasının 2024-cü ildövlət büdcəsi haqqında” Qanunu təsdiq edib. Sənəd dövlət başçısının saytında dərc olunub.
2024-cü ildövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin xüsusi çəkisi 17,4% təşkil edir.
2023-cü illə müqayisədə gələn il bu maddə üzrə dövlət büdcəsinin xərcləri 6% artacaq.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, sənədə əsasən, 2024-cü ildə müdafiə qüvvələri üzrə xərclər 2 milyard 465,55 milyon manat ($1,45 milyard), milli təhlükəsizlik üzrə xərclər – 413,4 milyon manat ($243,2 milyon), sərhəd xidməti üzrə xərclər – 487,7 milyon manat ($268,9 milyon) səviyyəsində nəzərdə tutulur.
Bundan əlavə, 2024-cü ildə xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard manat ($1,76 milyard) həcmində nəzərdə tutulur,qalanı digər məqsədlərin payına düşür. **
R.Əhmədov