Azərbaycan prezidenti Ilham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin yekunlaşdırılmasına hazır olduqlarını bəyan edirlər. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
«Onlar sülh danışıqlarının yekunlaşdırılmasına, vahid sənədə, sülh müqaviləsinə tam hazır olduqlarını bildiriblər», - Peskov Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Birinci kanala verdiyi müsahibədə qeyd edib. **