Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. Bu barədə Azərbayxan XİN-dən məlumat verilib.
“Telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub. **
B.Rüstəmbəyov