Böyük Qayıdış proqramının birinci mərhələsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzura artıq 4,5 min nəfər qayıdıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bəyan edib.
Onun sözlərinə görə, yazın zamanda Böyük Qayıdış proqramı Şuşa və Xocalı sakinlərini əhatə edəcək.
Daha əvvəl Prezident İlham Əliyev bəyan edib ki, 2023-cü ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura 5,5 minə yaxın insanın köçürülməsi planlaşdırılır.
Əliyevin sözlərinə görə, Böyük Qayıdış proqramının birinci mərhələsi çərçivəsində 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda ən azı 140 min nəfər yaşayacaq.**
B.Rüstəmbəyov