İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Azərbaycan və Ermənistan arasında aparılan danışıqları alqışlayıb. Bu barədə İRNA agentliyi İran hakimiyyətinə istinadən məlumat yayıb.
“Telefon danışığı zamanı nazirlər Cənubi Qafqazda hadisələrin inkişafını, ikitərəfli əməkdaşlığı və münasibətləri, o cümlədən regional və beynəlxalq məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
“Abdullahiyan Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi alqışlayıb (...). O, İranın regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.*